Ana səhifə / İdman / "Komo" ingilis futbolçu ilə müqaviləni ləğv edib "Komo" ingilis futbolçu ilə müqaviləni ləğv edib 02.09.2025, 12:51 Əziz Əzizli İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli "Komo"nu tərk edib. Operativ Media xəbər verir ki, İtaliya klubu 29 yaşlı ingilislə müqaviləyə xitam verib. Alli 2025-ci ilin yanvarında "Komo"ya qoşulub. O, bir oyun keçirib, doqquz dəqiqə oynadıqdan sonra qırmızı vərəqə alıb. Yarımmüdafiəçi daha əvvəl "Everton", "Beşiktaş" və "Tottenhem"də çıxış edib. Onun İngiltərə millisində 37 oyunda 3 qolu var. Teqlər: "\"Komo\" ingilis futbol\u00e7u il\u0259 m\u00fcqavil\u0259ni l\u0259\u011fv edib"