Menyu

Taksilər üçün yeni sığorta haqları tətbiq edilir?

Operativ Media
Taksilər üçün yeni sığorta haqları tətbiq edilir?

Taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara AYNA tərəfindən aydınlıq gətirilib.

Operativ Media xəbər verir ki, Nazirlər Kabineti tərəfindən aprelin 7-də qəbul edilən 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşıma sahəsinə aiddir və taksi fəaliyyətini əhatə etmir.

Qeyd olunub ki, sərəncama əsasən, iki ay müddətində təqdim ediləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır.

Bu çərçivədə texniki göstəricilərin, eləcə də nəqliyyat vasitələrinin daxili və xarici tərtibatına dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

10:16

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.

Operativ Media xəbər verir ki, Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda deyilir ki, aparılan təhlillər şəxsi maşınlarla müqayisədə taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.

Bu da taksi fəaliyyətində istifadə olunan avtomobillərə xüsusi əmsalın tətbiqini zəruri edib.

Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyir ki, taksidə istifadə olunan avtomobillərin mühərrikinin həcmi kiçik olduğundan onlar üzrə sığorta haqlarının məbləği aşağı idi:

"Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdılar. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus-malus sistemi üzrə 300 manat və daha çox ola bilər".

Əlaqəli Xəbərlər