Ronaldonun oyun zamanı səhhəti pisləşdi
Operativ Media
"Əl-Nəsr"in baş məşqçisi Jorje Jezuş Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda keçirilən "Əl-İttifaq"la matçda (1:0) portuqaliyalı hücumçu Kriştianu Ronaldonun səhhətində problem yarandığını bildirib.
Operativ Media xəbər verir ki, Ronaldo sözügedən qarşılaşmada 89 dəqiqə meydanda qalıb.
"Fasilə zamanı onun mədəsində ağrılar yarandı. Buna baxmayaraq, o, oyunu davam etdirmək üçün israr etdi. Matçdan sonra paltardəyişmə otağına qayıdanda isə halı pisləşdi və qusdu", –deyə Jezuş "Record" qəzetinə müsahibəsində bildirib.
Qeyd edək ki, ulduz futbolçu 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. Cari mövsümdə 41 yaşlı portuqaliyalı bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib, 25 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.