Şalva Papuaşvili Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
Şəfa Hüseynli
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Vyetnam Sosialist Respublikası Parlamentinin – Milli Assambleyasının sədri Tran Thanh Man ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcü KİV-ləri məlumat yayıb.
Tərəflər müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzərində işləməyə hazır olduqlarını bildiriblər.
Tərəflər həmçinin Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası Parlament Assambleyası (AIPA) çərçivəsində əməkdaşlıq, eləcə də ölkələr arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Görüş Türkiyə Respublikasının İstanbul şəhərində Parlamentlərarası Birliyin (PAİ) Baş Assambleyasının 152-ci sessiyası çərçivəsində baş tutub.