Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
Operativ Media
Zəngilan şəhərində keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasında və Rusiya Federasiyasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsi (e-CMR) tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi”nə dair sənəd imzalanıb.
Operativ Media xəbər verir ki, sənədi iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sənəd ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Yekunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb.