Menyu

Kollektorların üzərində tikilən evlərə görə mənzil sahiblərinə kompensaya veriləcək?

Operativ Media
Kollektorların üzərində tikilən evlərə görə mənzil sahiblərinə kompensaya veriləcək?

Paytaxtın Xətai rayonu, Rəşid Bağırov küçəsində kollektorun üzərində tikilmiş evdə baş verən partlayış və həmin evin sonradan sökülməsi Bakının digər ərazilərində də mövcud olan problemi yenidən gündəmə gətirib.

Operativ Media xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən XəzərXəbər-ə bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolaqlarında və üzərində 1600-ə yaxın tikili mövcuddur.

Qurumdan verilən məlumata görə, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq məqsədilə hər hansı tikinti aşkar edildikdə aidiyyəti qurumlara müraciət olunur və hüquqi tədbirlər görülür.

Ekspertlər qeyd edirlər ki, qanunvericiliyə əsasən bu cür tikililərin inşası qadağandır. Bununla belə, söküntü zamanı vətəndaşların əmlak hüquqları da nəzərə alınmalıdır.

Kompensasiyanın verilməsi və hesablanmasında üçüncü tərəfin iştirakı vacib sayılır. Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, kollektorların üzərində inşa edilən evlər söküləcəyi təqdirdə vətəndaşlara kompensasiya veriləcək.

Ətraflı sujetdə:

Əlaqəli Xəbərlər