Menyu

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

Operativ Media
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

Aprelin 16-da gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.

Operativ Media xəbər verir ki, nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə qonağa məlumat verib. Görüşdə Azərbaycanda kapoeyra idman növünün inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və federasiyanın digər məsul şəxsləri də iştirak ediblər.

Əlaqəli Xəbərlər