Qırğızıstan və Cənubi Sudan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Şəfa Hüseynli
Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Cənubi Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Semaiya Kumba ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Tərəflər 14 apreldə Cubada ilk nazirlərarası siyasi məsləhətləşmələrin uğurla keçirildiyini qeyd etdilər və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əldə edilən razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə və qarşılıqlı dəstəyə xüsusi diqqət yetirilib. Tərəflər həmçinin yüksək səviyyəli səfərlərin mübadiləsi planlarını da müzakirə ediblər.