Menyu

Özünü bank əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb

Operativ Media
Özünü bank əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb. 

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər