Menyu

Elektronika mağazasından oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Elektronika mağazasından oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb.

Operativ Media xəbər veirr ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub. 

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər