Menyu

Avropa Çempionatı: Balabəy Ağayev və Şəfəq Həmidova yarımfinala yüksəldi

Operativ Media
Avropa Çempionatı: Balabəy Ağayev və Şəfəq Həmidova yarımfinala yüksəldi

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə növbəti Avropa çempionatına start verilib.

Operativ Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 7 idmançısı tatami üzərinə çıxıb.

Təmsilçilərimizin çıxışları aşağıdakı kimi olub:

Kişilər 60 kq

Balabəy Ağayev mübarizəyə birbaşa ikinci mərhələdən başlayıb. O, əvvəlcə Andre Karlinoya (İtaliya), ardınca isə 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda o, Giorgi Sardalaşvili (Gürcüstan) ilə qarşılaşacaq.

60 kq:

Əhməd Yusifov da startı buraxıb və ilk görüşündə Çarli Ayra (İngiltərə) qalib gəlib. Lakin o, 1/4 finalda Luka Mxeydze (Fransa) ilə bacarmayıb. Təsəlliverici görüşdə Romeyn Valadyu-Pikarı (Fransa) məğlub edən Əhməd bürünc medal uğrunda güləşəcək.

66 kq:

Turan Bayramov startda Nikolas Kuntseyə (Almaniya), 1/8 finalda isə Elios Manziyə (İtaliya) qalib gəlib. 1/4 finalda Murad Çopanova (Rusiya) uduzan Turan təsəlliverici blokda Radu İzvoyrunu məğlub edib və bürünc mükafat üçün mübarizəni davam etdirir.

Qadınlar 48 kq:

Şəfəq Həmidova ilk mərhələdə Erza Muminoviçə (Kosovo) qalib gəlib. O, 1/8 finalda hazırkı dünya çempionu Assunta Skuttonu (İtaliya), 1/4 finalda isə Tara Balbufatı (İsveç) üstələyərək yarımfinala vəsiqə qazanıb.

48 kq:

Könül Əliyeva hollandiyalı Ember Gersyes üzərində qələbə ilə başlasa da, 1/8 finalda Laura Martines Abilendeyə (İspaniya) uduzaraq çıxışını başa vurub.

52 kq:

Gültac Məmmədəliyeva Karla Tavares Fernandeşi (Lüksemburq) məğlub edərək 1/8 finala çıxsa da, bu mərhələdə Reka Puppa (Macarıstan) uduzub.

52 kq:

Leyla Əliyeva ilk mərhələdən azad olub. Lakin o, ilk görüşündə italiyalı Çiaffrida Odetteyə məğlub olaraq yarışı erkən tərk edib.

Əlaqəli Xəbərlər