Menyu

Həftəsonu 600-dən çox namizəd PMS imtahanı verəcək

Operativ Media
Həftəsonu 600-dən çox namizəd PMS imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 19-da peşəkar mühasib sertifikatı (OMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

DİM-dən Operativ Media-ya bildirilib ki, imtahan vermək üçün 606 (KOSS – 71, MHBS - 394, İSMUBS - 141) nəfər müraciət edib.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Qeydiyyatdan keçənlər bu imtahanın demo versiyası ilə linkdə tanış ola bilərlər.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaq. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək qadağandır.

Üç saat davam edəcək imtahanda 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından xahiş edir ki, kitabça ilə mütləq tanış olsunlar.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə aşağıda qeyd olunan sənədləri mütləq gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- İmtahana buraxılış vərəqəsi.

Əlaqəli Xəbərlər