Menyu

AFFA klubları cərimələdi

Əziz Əzizli
AFFA klubları cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

“Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bitdikdən “Araz-Naxçıvan” klubunun köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilir (maddə 44.5);

“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sabah” klubu 1500 manat cərimə edilir (maddə 39.1);

“Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 41);

“Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Teqlər:

"AFFA klublar\u0131 c\u0259rim\u0259l\u0259di"

Əlaqəli Xəbərlər