Menyu

Paşinyan: "Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələr qurulacağına inanıram"

Operativ Media
Paşinyan: "Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələr qurulacağına inanıram"

"Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələrin qurulacağına inanır və bunu iki ölkə arasında sülhün institusionallaşmasının mühüm alətlərindən biri kimi qiymətləndirirəm".

Operativ Media “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət kiçik addımlarla formalaşır, vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr konkret mərhələyə keçib. Ümid edirəm və əminəm ki, yaxın gələcəkdə işgüzar əlaqələr də qurulacaq. Bu, sülhün institusionallaşmasının ən mühüm vasitələrindən biridir”, o, qeyd edib.


Əlaqəli Xəbərlər