Menyu

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına yekun vurulub

Operativ Media
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına yekun vurulub

Aprelin 17–19-da Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçirilib.

Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 42 ölkədən 150-dən çox gimnast iştirak edib.

Çoxnövçülük yarışlarının nəticələrinə əsasən, Taisiia Onofriichuk (Ukrayna) birinci yerə layiq görülüb. İkinci yeri Darja Varfolomeev (Almaniya), üçüncü yeri isə Stiliana Nikolova (Bolqarıstan) tutublar.

Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürz ilə çıxış ediblər. Çoxnövçülükdə İsrail komandası yarışın qalibi olub. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşıblar.

Fərdi proqramda halqa hərəkətlərində Taisia Onofriçuk (Almaniya) qızıl, Stiliana Nikolova (Bolqarıstan) gümüş, Sofia İlteriakova (AIN2) isə bürünc medal qazanıblar. Topla hərəkətlərdə Darja Varfolomeev (Almaniya) birinci, Sofia Raffaeli (AIN 2) ikinci, Stiliana Nikolova (Bolqarıstan) üçüncü yeri tutublar. Gürzlər üzrə çıxışlarda Darja Varfolomeyev (Almaniya) qalib olub. Sofia İlteriakova (AIN 2) ikinci, Taisia Onofriçuk (Ukrayna) isə üçüncü yerdə qərarlaşıblar. Lentlə hərəkətlərdə isə Darja Varfolomeev (Almaniya) birinci, Sofia Raffaeli (İtaliya) ikinci, Akmaral Yerekesheva (Qazaxıstan) üçüncü olublar.

Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası birinci, Braziliya ikinci, Özbəkistan üçüncü yeri tutublar. 3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazanıb. AIN 2 ikinci, Bolqarıstan isə üçüncü yerdə qərarlaşıblar.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda “AGF Trophy” kuboku ilə təltif olunub. Fərdi proqramlarda bu mükafata Darja Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüblər.

Əlaqəli Xəbərlər