Menyu

Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb

Operativ Media
Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb. 

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər