Menyu

"Çelsi" Dieqo Simeoneni komandanın başına gətirmək istəyir

Operativ Media
"Çelsi" Dieqo Simeoneni komandanın başına gətirmək istəyir

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Çelsi”də bu vəzifəyə əsas namizəddir.

Operativ Media xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

London klubunun hazırkı baş məşqçisi Liam Rosenyor ilə müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub. Lakin mənbənin bildirdiyinə görə, klub daxilində onun gələcəyi ilə bağlı şübhələr artmaqdadır. Buna səbəb komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməmək riskidir.

Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Onun başçılığı altında klub iki dəfə İspaniya çempionu (2014, 2021), bir dəfə İspaniya Kubokunun qalibi (2013) olub, iki dəfə Avropa Liqasını qazanıb (2012, 2018) və iki dəfə Çempionlar Liqasının finalına yüksəlib (2014, 2016).

Hazırda “Çelsi” İngiltərə çempionatında 33 oyundan sonra 48 xal toplayaraq turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər