Menyu

Həftəsonu bölgələrdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR

Ayşən Sadıxzadə
Həftəsonu bölgələrdə istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR

Həftəsonu istirahət üçün bölgələrə üz tutanların sayı az deyil. Şəhərin səs-küyündən və iş stresindən uzaqlaşmaq istəyənlər yaz mövsümündə daha çox İsmayıllı, Qəbələ, Şamaxı və Quba kimi bölgələrə səfər edirlər. Bu ərazilərdə həm hotellər, həm də kirayə evlər vasitəsilə hər büdcəyə uyğun istirahət imkanları mövcuddur.

Operativ Media-nın araşdırmasına əsasən, bölgələrdəki cari qiymətlər aşağıdakı kimidir:

Qəbələ bölgəsində yerləşən "Gabala Karvansaray Hotel"də 2 nəfərlik standart otaq səhər yeməyi və SPA daxil olmaqla 99 AZN-ə təklif edir. "Gabala Garden Hotel"də aprel ayı üçün otaq qiyməti 133 AZN-dir 

Şəkidə yerləşən "Marxal Resort & Spa"da qiymətlər otağın eyvanlı olub-olmamasından asılı olaraq 150-170 AZN arasında dəyişir və 8 mayadək 15 faizlik endirim kampaniyası mövcuddur.

İsmayıllıda yerləşən "Alachiq Glamphouse"də həftə içi qiymət 140 AZN, həftə sonu isə 170 AZN təşkil edir.

Şamaxıda yerləşən "Green Village Hotel"də kotteclərin qiyməti 180 AZN təşkil edir. "Shirvan Grand Hotel"də isə həftə sonu 2 nəfərlik otaq 135 AZN-dir.

Quba rayonunda yerləşən "Quba Palace Hotel" tək nəfər üçün həftə içi 80 AZN, həftə sonu isə 100 AZN qiymət təyin edib. "Quba Vadi Chalet Hotel"də standart otaq 150 AZN-dir və həftə sonuna 10 faiz endirim tətbiq olunur. "Macara Lake Park Hotel"də qiymətlər 130-150 AZN aralığındadır.

Qəbələdə fərdi kirayə evlərin qiyməti 80 AZN-dən başlayır, lüks villalarda isə 400 AZN-i keçir. Qubada kirayə evlərin qiyməti isə evin şəraitindən asılı olaraq 100 AZN-dən 500 AZN-ə qədər yüksəlir.

Şamaxıda kirayə evlər 60-150 AZN, villalar isə 120-300 AZN arasındadır.

İsmayıllıda günlük kirayə evlər 70 AZN-dən başlayır, böyük bağ evləri və villaların qiyməti isə qonaq sayına görə 250-600 AZN arasında dəyişir. Şəkidə isə kirayə evlərin günlük qiyməti 70 AZN-dən başlayır.

Əlaqəli Xəbərlər