Menyu

Azərbaycan şahmatçılarının Avropa çempionatındakı qazancı bəlli oldu

Operativ Media
Azərbaycan şahmatçılarının Avropa çempionatındakı qazancı bəlli oldu

Polşada təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib. 

Operativ Media xəbər verir ki, qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan təmsilçilərimiz Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, kubok, o cümlədən hər birinə 10667 dollar pul mükafatı təqdim olunub.

Qeyd edək ki, yekunda gümüş və bürünc medalçı Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü pillədə qərarlaşan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Əlaqəli Xəbərlər