Hindistanda fabrikdə baş verən partlayış nəticəsində 25 nəfər həlak olub
Şəfa Hüseynli
Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə ştat polisi jurnalistlərə bildirib.
Partlayış zamanı fabrik binasının içərisində təxminən 40 işçi olub. Bildirilib ki, yaralılar xəstəxanalara aparılıb, bəzilərinin vəziyyəti ağırdır.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Faktla bağlı araşdırma başlanıb. İlkin məlumatlara görə, partlayışa təhlükəsizlik qaydalarının pozulması səbəb olub.