Menyu

Azərbaycan çempionu Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmat seansı keçirib

Operativ Media
Azərbaycan çempionu Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmat seansı keçirib

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Slovakiyadakı səfirliyinin təşkilatçılığıyla Vyana və Bratislavada qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Ülviyya Fətəliyeva ilə şahmatçılar üçün seans təşkil edilib. 

Operativ Media xəbər verir ki, Azərbaycan çempionu eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb. Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.

Xatırladaq ki,Azərbaycan çempionu olan Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Bu ilin mart ayında 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turda 6,5 xal toplayaraq "IV Women's Chess Championship"də birincilik qazanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər