Menyu

İran "Mossad" üçün işləməkdə ittiham olunan iki nəfəri edam edib

Şəfa Hüseynli
İran "Mossad" üçün işləməkdə ittiham olunan iki nəfəri edam edib

İsrail kəşfiyyat agentliyi "Mossad" üçün işləməkdə ittiham olunan iki iranlı - Məhəmməd Məsum Şahi və Həmid Vəlidi bazar ertəsi günü İranda edam edilib.

Operativ Media xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd edilib, iş materiallarına görə, bu şəxslər internetdən və İraq Kürdüstanına səfərlərdən istifadə edərək İsrail kəşfiyyat zabitləri ilə əlaqə saxlayan, terror hücumları və təxribat törətmək üzrə təlim keçdikdən sonra ölkəyə qayıdan casus şəbəkəsinin üzvləri idilər.

İran hakimiyyət orqanlarının məlumatına görə, edam edilən şəxslər artıq bir neçə vəhşilik törətmişdilər, o cümlədən bir neçə hərbi və mülki obyekti yandırmışdılar. Bütün təxribat aktları kameraya çəkilib və sonra Mossaddakı rəhbərlərinə göndərilib. 

Əlaqəli Xəbərlər