YAP nümayəndə heyəti Heydər Əliyevin xatirəsini yad edib
Operativ Media
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Operativ Media xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.