AYİB 2026-2027 illər üzrə Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb
Operativ Media
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozlarına görə, Azərbaycanda iqtisadiyyat 2026-cı ildə 2%, 2027-ci ildə isə 2,5% artacaq.
Operativ Media xəbər verir ki, bu barədə AYİB-in “Regional iqtisadi perspektivlər” adlı hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, ötən il Azərbaycan iqtisadiyyatında karbohidrogen sektorunda baş verən azalma səbəbindən ciddi yavaşlama qeydə alınıb.
Məlumata görə, qısa müddətli perspektivdə region üzrə iqtisadi gözləntilər yüksək qeyri-müəyyənliklə xarakterizə olunur. Bu, sülh danışıqlarının nəticələrindən, eləcə də sərhədyanı əməkdaşlığın və regional əlaqəliliyin təşviqi istiqamətində atılan addımların irəliləyişindən asılıdır.