Menyu

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 46-ya çatıb

Şəfa Hüseynli
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 46-ya çatıb

Braziliyanın Minas-Jerays ştatında baş verən leysan yağışlar nəticəsində ölənlərin sayı 46-ya çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, daha 21 nəfər itkin düşüb.

Daşqınlar və nəticədə baş verən torpaq sürüşmələri, xüsusən də bir-birindən təxminən 110 kilometr məsafədə yerləşən Juiz de Fora və Uba şəhərlərinə təsir göstərib. Təxminən 3600 sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Xilasedicilər və könüllülər dağıntıları təmizləməyə və zərərçəkənlərə yardım göstərməyə davam edirlər. Hakimiyyət orqanları sürüşmə riski yüksək olan ərazilərdə yaşayan sakinləri xüsusi sığınacaqlara təxliyə etməyə çağırır. Juiz de Fora şəhərində fövqəladə vəziyyət qüvvədə qalır.

Əlaqəli Xəbərlər