Ukrayna münaqişəsi ilə bağlı üçtərəfli danışıqlar təxirə salınıb
Operativ Media
Moskva, Kiyev və Vaşinqtonun iştirakı ilə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli görüş martın əvvəlinə qədər təxirə salınıb və hazırda danışıqların keçiriləcəyi məkan razılaşdırılır.
Operativ Media xəbər verir ki, bu barədə TASS rəsmi mənbələrə istinadla məlumat yayıb.
Görüşün fevralın 26-da Cenevrədə keçiriləcəyi bildirilirdi. Lakin son məlumata görə, ABŞ-Ukrayna danışıqları da həmin günə planlaşdırılıb.
DW-nin məlumatına görə, fevralın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı aparıb. Söhbət zamanı Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi müzakirə olunub.