Menyu

Sudanda müharibə səhiyyəyə 11 milyard dollar ziyan vurub

Operativ Media
Sudanda müharibə səhiyyəyə 11 milyard dollar ziyan vurub

Sudanda 2023-cü ilin aprelindən davam edən müharibə ölkənin səhiyyə sektoruna ciddi ziyan vurub. İlkin hesablamalara görə, dəyən zərər təxminən 11 milyard ABŞ dollarıdır.

Operativ Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Heysəm Məhəmməd İbrahim məlumat verib. Nazir bildirib ki, yekun qiymətləndirmə müharibə başa çatdıqdan sonra aparılacaq. Ölkənin bir hissəsi hələ Çevik Dəstək Qüvvələrinin nəzarətində olduğundan ziyanın tam miqyasını müəyyənləşdirmək mümkün deyil.

Hazırda dərman və tibbi ləvazimatların alınması üçün ən azı 300 milyon dollar vəsait tələb olunur. Azad edilmiş ərazilərdə səhiyyə xidmətlərinin bərpası və əsas tibbi xidmətlərin təmin olunması məqsədilə isə 2 milyard dollarlıq yenidənqurma planı hazırlanıb. Nazir əlavə edib ki, müharibənin vurduğu dağıntıların tam aradan qaldırılması üçün əlavə vəsaitlərə ehtiyac olacaq.

Rəsmi məlumatlara görə, münaqişə dövründə 500-dən çox xəstəxana hədəfə alınıb və onların əksəriyyəti tamamilə dağıdılıb. Tibbi heyət arasında həm həlak olanlar, həm də yaralananlar var.


Əlaqəli Xəbərlər