ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İsveçrəyə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə TASS-a təyyarənin eniş etdiyi Cenevrə Beynəlxalq Hava Limanındakı mənbə bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundu Cenevrədə keçiriləcək. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, Amerika nümayəndə heyətinə isə Uitkoff rəhbərlik edəcək.