Menyu

"Barselona" rəsmisi: "Klubun Holann və Alvaresi transfer etməyə maliyyə imkanı var"

Operativ Media
"Barselona" rəsmisi: "Klubun Holann və Alvaresi transfer etməyə maliyyə imkanı var"

"Barselona"nın idman komitəsinin üzvü Joan Soler "Cadena SER" radiostansiyasına verdiyi açıqlamada klubun maliyyə vəziyyəti ilə bağlı maraqlı məqamlara toxunub.

Operativ Media xəbər verir ki, o, Kataloniya təmsilçisinin "Mançester Siti"nin hücumçusu Erlinq Holann və ya "Atletiko Madrid"in forvardı Xulian Alvaresi transfer etmək üçün kifayət qədər vəsaitinin olduğunu bildirib.

Əvvəllər klub direktoru vəzifəsində çalışmış və Joan Laportanın seçki kampaniyasında fəal iştirak etmiş Soler qeyd edib ki, "göy-qırmızılar" bu səviyyəli ulduz futbolçuları heyətinə qatmaq imkanına sahibdirlər.

Məlumat üçün bildirək ki, "Transfermarkt" portalı Holannın bazar dəyərini 200 milyon avro, Alvaresinkini isə 100 milyon avro məbləğində qiymətləndirir.

Hazırda İspaniya çempionatında 25 turdan sonra turnir cədvəlinə məhz "Barselona" başçılıq edir.

Əlaqəli Xəbərlər