Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı faciəsi ilə bağlı paylaşım edib
Operativ Media
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.
"Ürəkləri yandıran vəhşilik: Xocalı Soyqırımı... 34 il əvvəl Xocalıda amansızcasına qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyir, azərbaycanlı qardaşlarımızın acısını ürəkdən bölüşürük", - paylaşımda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma