Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Operativ Media
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımı 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Operativ Media xəbər verir ki, paylaşımda qeyd olunub:
"26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik. Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqda davam edir.
Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.
Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha ifadə edirik".