Menyu

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Fevralın 25-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər