Kolumbiyanın Antiokiya departamentində güclü palçıq vulkanı püskürməsi baş verib.
Operativ Media xəbər verir ki, bu barədə "El Tiempo" nəşri məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənib. Bildirilib ki, insident San-Xuan-de-Uraba Risklərin İdarəolunması üzrə Bələdiyyə Şurası və Antiokiya Risklərin İdarəolunması üzrə inzibati departamenti tərəfindən qeydə alınıb.
Hadisə ilə bağlı vəziyyət nəzarətə götürülüb, yerli hakimiyyət orqanları əhalini təcili şəkildə təxliyə edir.