Menyu

"Politico": Tramp ABŞ-də keçiriləcək ilk Dünya Kuboku oyununu buraxacaq

Operativ Media
"Politico": Tramp ABŞ-də keçiriləcək ilk Dünya Kuboku oyununu buraxacaq

ABŞ Prezidenti Donald Tramp ABŞ-da keçiriləcək ilk dünya çempionatı matçında iştirak etməyi planlaşdırmır.

Operativ Media xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ və Paraqvay komandaları arasındakı oyunun Bakı vaxtı ilə iyunun 13-ü saat 05:00-da Los-Ancelesdə baş tutması gözlənilir. Paraqvay Prezidenti Santyaqo Penya daha əvvəl milli komandanın bu oyununda iştirak edəcəyini bildirmişdi. O, ABŞ-yə iyunun 11-də gələcək və orada dörd gün qalmağı planlaşdırır.

Matçda ABŞ-nin rəsmi nümayəndə heyətinə prezidentin əvəzinə Dövlət katibi Marko Rubio rəhbərlik edəcək.

48 komandanın iştirakı ilə keçirilən ilk dünya çempionatı iyunun 11-də açılış oyunu ilə start götürür. Həmin oyunda Meksika yığması Mexikodakı "Atsiteka" stadionunda Cənubi Afrika Respublikası (CAR) komandası ilə qarşılaşacaq. Bu, sayca 23-cü dünya çempionatıdır. Turnirin oyunları 16 şəhərdəki 16 stadionda təşkil olunacaq: arenalardan 11-i ABŞ-da, 3-ü Meksikada, 2-si isə Kanadada yerləşir.

Əlaqəli Xəbərlər