Menyu

Azərbaycandan kartof ixracı iki dəfədən çox artıb

Operativ Media
Azərbaycandan kartof ixracı iki dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında ölkədən 3,9 milyon ABŞ dolları dəyərində 10,4 min tondan çox kartof ixrac edilib.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,2 dəfə, həcmi isə 2 dəfə artıb.

Cari ilin ilk dörd ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,08 faizə bərabər olub.

Əlaqəli Xəbərlər