Menyu

Pezeşkian: Tehran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Operativ Media
 Pezeşkian: Tehran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

İran hər cür təhdid və təzyiq qarşısında qətiyyətlə dayanacaq.

Operativ Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranın infrastruktur obyektlərinin hədəfə alınması ilə bağlı təhdidlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, nəqliyyat şəbəkəsi, elektrik və su təsərrüfatı kimi həyati əhəmiyyətli infrastrukturun hədəfə alınması güc nümayişi deyil, əksinə acizlik göstəricisidir.

Pezeşkian qeyd edib ki, İran öz mütəxəssislərinin bilik və bacarığına, milli birlik və xalqın həmrəyliyinə arxalanaraq bütün təzyiq və təhdidlərə qarşı duracaq.


Əlaqəli Xəbərlər