Menyu

Azərbaycanda məktəblərdə yeni təmayül tədris modeli tətbiq olunur

Operativ Media
Azərbaycanda məktəblərdə yeni təmayül tədris modeli tətbiq olunur

Azərbaycanda tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə 10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli tətbiq edilir.

Operativ Media MÜTDA-ya istinadən xəbər verir ki, yeni modelin əsas məqsədi şagirdlərin repetitor və ya əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Layihədə 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:

● Sistemli və ödənişsiz abituriyent hazırlığı: Şagirdlər əlavə xərc çəkmədən birbaşa məktəbdə imtahanlara hazırlaşırlar.

● Yüksək akademik mühit: Akademik nəticələrin artırılmasına yönəlmiş xüsusi tədris mühiti formalaşdırılır.

● Peşəkar kadrlar: Dərslər sahəsinin ən səriştəli müəllim kollektivi tərəfindən tədris olunur.

● Daimi qiymətləndirmə: Şagirdlərin hazırlıq səviyyəsini yoxlamaq üçün mütəmadi olaraq aylıq sınaq imtahanları təşkil edilir.

● Sosial və fərdi inkişaf: Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan müxtəlif dərnəklər fəaliyyət göstərir.

Qeyd edək ki, proqrama qəbul və yeni tədris modelinin təfərrüatları ilə bağlı ətraflı məlumat almaq istəyənlər aidiyyəti regional təhsil idarələrinə müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər