Menyu

Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər

Operativ Media
Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər

Təhlillər göstərir ki, erkən yaşlarda sosial şəbəkədən nəzarətsiz istifadə gələcəkdə müxtəlif problemlərə səbəb ola bilər.

"Operativ Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Agentliyin təşkilatçılığı ilə keçirilən "İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsi barədə" qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.

Ə.İsmayılov qeyd edib ki, ölkədə hazırlanan qanun layihələri bir neçə əsas aspekti əhatə edir:

"Bu qanun layihəsi uşaqlarımızı rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaq üçün daha sağlam və təhlükəsiz bir mühit formalaşdırmağa xidmət edir. Təklif olunan dəyişikliklər həm universal etik normalara, həm milli maraqlara, həm də qabaqcıl beynəlxalq hüquq standartlarına tam uyğundur. Hesab edirik ki, bu addım milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək".

Əlaqəli Xəbərlər