Menyu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Operativ Media
Bakı Şəhər İcra Hakimiyyətinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması qərara alınıb.

Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi yaradılacaq.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti təsis edilir.

Əlaqəli Xəbərlər