ABŞ hərbçiləri İrana qarşı yeni zərbələr dalğasını başa çatdırıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"CENTCOM qüvvələri ali baş komandanın əmri ilə iyunun 10-da İrandakı bir neçə hədəfə əlavə zərbələr endirməyi başa çatdırıb", – komandanlığın "X" platformasındakı bəyanatında bildirilir.
Məlumatda həmçinin hücumların əsas hədəflərinin İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemləri olduğu qeyd edilib.