Hindistan ABŞ diplomatik nümayəndəsini XİN-ə çağırıb
Hindistan Xarici İşlər Nazirliyi Oman sahilləri yaxınlığında ticarət gəmisinə edilən hücumla əlaqədar ABŞ-nin ölkədəki müvəqqəti işlər vəkili Ceyson Miksi nazirliyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Həmin gəmidə Hindistan vətəndaşı olan 24 ekipaj üzvü olub. Onlardan 21-i xilas edilib, 3 nəfər isə itkin düşmüş hesab olunur.
Nyu-Delhi bir daha gərginliyin azaldılmasına, ticarət gəmiçiliyinin qorunmasına və beynəlxalq sularda təhlükəsiz dəniz naviqasiyasının bərpasına çağırış edib.
Daha əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi Hörmüz boğazının girişinə yaxın yerləşən Sohar şəhərindən 20 dəniz mili (37 km) şimal-şərqdə insident baş verməsi barədə məlumat aldığını bildirmişdi.
Hadisə Hindistan Sahil Mühafizəsinin Palau bayrağı altında üzən ticarət tankerinin 24 hindistanlı ekipaj üzvünün xilas edildiyini açıqlamasından bir gün sonra baş verib.
Məlumata görə, gəmi raket hücumuna məruz qaldıqdan sonra xilasetmə əməliyyatı Oman hakimiyyəti ilə birgə həyata keçirilib.