Menyu

DİM ixtisar olunan dövlət qulluqçularının anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək

Operativ Media
DİM ixtisar olunan dövlət qulluqçularının anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri ilə bağlı öz fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görəcək.

Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.

Əlaqəli Xəbərlər