Menyu

Küveyt İranın hücumlarına görə hava məkanını müvəqqəti olaraq bağlayıb

Operativ Media
Küveyt İranın hücumlarına görə hava məkanını müvəqqəti olaraq bağlayıb

Küveyt hakimiyyəti İranın ölkə ərazisinə endirdiyi zərbələr fonunda hava məkanını bağlayıb.

Operativ Media xəbər verir ki, bu barədə əmirliyin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

"Bu addım İranın Küveyt ərazisinə təcavüzkar hücumları və bunun regiondakı mülki aviasiya üçün yarada biləcəyi potensial risklər nəzərə alınaraq atılıb", – idarənin "X" platformasındakı bəyanatında bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, hazırda səmada olan reyslərin marşrutu dəyişdirilərək digər hava limanlarına yönləndiriləcək.

Əlaqəli Xəbərlər