Azov dənizində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri Vətənə gətirilib
Operativ Media
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.