Ötən il Azərbaycanda 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Operativ Media
Azərbaycanda 2025-ci ildə 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib.
Operativ Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ildə 18 yaşına çatmayan 784 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Kamran Əliyev qeyd edib ki, 2024-cü ildən bu günədək prokurorluq orqanları tərəfindən valideynlik hüququndan məhrum etmə ilə bağlı 37 mülki iddia qaldırılıb. Onlardan 35-i təmin edilib, ikisi isə baxılma mərhələsindədir.