Yaxın gələcəkdə vəkillərin sayı 3 mini keçəcək - Anar Bağırov
Yaxın gələcəkdə vəkillərin sayının 3 mini keçəcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu fikirləri bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyasının təntənəli andiçmə və təltifetmə mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Nəzərə almaq lazımdır ki, vəkillər köməkçilərlə birlikdə fəaliyyət göstərirlər. Köməkçilər və digər əməkdaşlar da daxil olmaqla Vəkillər Kollegiyası sistemində ümumilikdə 4 mindən çox insan çalışır. Bu isə kifayət qədər böyük bir təşkilati strukturdur.
Vəkillər Kollegiyası tam şəkildə özünü maliyyələşdirən bir qurumdur. Yəni, təşkilat kənardan maliyyə yardımı almadan fəaliyyətini təmin edir və bütün xərclər daxili resurslar hesabına qarşılanır”.
Vəkillər Kollegiyasının sədri qeyd edib ki, vəkillərin sayının artması məhkəmə-hüquq sistemində də mühüm rol oynayır.
“Yeni hakim korpusunun formalaşdırılmasında vəkillərin də təcrübəsindən istifadə olunur”, - deyə o, əlavə edib.