Braziliya millisi yeni formasını təqdim edib
Braziliya milli komandası NBA əfsanəsi Maykl Cordanın brendi olan "Jordan Brand" ilə əməkdaşlıq çərçivəsində hazırlanan yeni formasını ictimaiyyətə təqdim edib.
Operativ Media xəbər verir ki, braziliyalılar bu formada ilk dəfə martın 26-da Fransaya qarşı keçiriləcək yoldaşlıq görüşündə meydana çıxacaqlar.
Mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Yeni forma Braziliyanın ən sürətli və qorxulu yırtıcılarının rəngləri, naxışları və izlərindən ilhamlanaraq hazırlanıb. Braziliya futbolunun ənənəvi rəngləri olan sarı və göy tonlarında icra olunan dəstə, həmçinin brendin kult sayılan "fil dərisi" (elephant print) naxışı da daxil edilib".
Bununla yanaşı, Braziliya millisinə həsr olunmuş yeni "streetwear" (küçə geyimləri) kolleksiyası da təqdim olunub.