ABŞ və İsrail Qüds Gününü qeyd edən yürüşlər zamanı Tehrana hücum edib
Şəfa Hüseynli
1979-cu ildə İranın təşəbbüsü ilə Fələstin xalqının hüquqları uğrunda mübarizəsinə dəstək əlaməti olaraq təsis edilmiş Əl-Qüds Gününü qeyd edən genişmiqyaslı ictimai yürüşlər zamanı Tehranın mərkəzi rayonu Amerika-İsrail koalisiyası tərəfindən vurulub.
Operativ Media xəbər verir ki, bu barədə İran televiziya kanalı "SNN" məlumat yayıb.
Məlumata görə, həmin vaxt Tehran sakinləri şəhərin əsas küçələrində toplaşaraq İran bayraqları ilə Tehran Universiteti istiqamətində yürüş keçirirdilər.