Menyu

Axios: İran ABŞ ilə münaqişəyə son qoymaq istəmədiyini açıq şəkildə bildirib

Operativ Media
Axios: İran ABŞ ilə münaqişəyə son qoymaq istəmədiyini açıq şəkildə bildirib

İran hakimiyyəti region dövlətlərinə bildirib ki, Tehran ABŞ-nin hərbi əməliyyatları dayandırmasından sonra silahlı qarşıdurmanı bitirmək niyyətində deyil və Vaşinqtonun şərtlərinə uyğunlaşmağa hazırlaşmır.

Operativ Media xəbər verir ki, "Axios" portalı ərəb ölkələrindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata əsasən, İslam Respublikası ölkəyə qarşı təcavüzün bir daha təkrarlanmayacağına dair möhkəm beynəlxalq təminatlar almayana qədər münaqişəni dayandırmaq fikrində deyil. Bundan əlavə, İran tərəfi ərəb ölkələrinin nümayəndələrinə çatdırıb ki, ABŞ-ın hərbi əməliyyatları başa çatdıqdan sonra belə, İran Yaxın Şərqdəki Amerika hərbi bazalarına qarşı hücumları dayandırmayacaq.

Həmsöhbət əlavə edib: "Müharibəyə başlamaq çox asan, onu bitirmək isə son dərəcə çətindir".

Əlaqəli Xəbərlər