Menyu

İran ABŞ-nin "Abraham Linkoln" gəmisini vurduğunu iddia edir

Operativ Media
İran ABŞ-nin "Abraham Linkoln" gəmisini vurduğunu iddia edir

İran Hərbi Dəniz Qüvvələri ABŞ-nin "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə bir neçə zərbə endirərək onu qismən sıradan çıxarıb.

Operativ Media xəbər verir ki, bu haqda İran İslam Respublikasının "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi bəyanat yayıb.

İranın dövlət teleradio şirkətinin yaydığı məlumata görə, qurum rəsmisi bildirib: "ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən vurulub və sıradan çıxarılıb".

İran Silahlı Qüvvələri təyyarədaşıyan gəminin Fars körfəzi regionunu tərk etdiyini və ABŞ-a doğru istiqamət aldığını qeyd edib.

Əlaqəli Xəbərlər